Məktəbdə keçirilən Azərbaycan dili və Ədəbiyyatı aylığı haqqında

2016-2017-ci tədris ilinin noyabr ayı məktəbdə Azərbaycan dili və Ədəbiyyat aylığı elan olunmuşdur.Noyabr ayı ərzində məktəbdə bir sıra tədbirlər həyata keçirilmişdir.Azərbaycan dili və Ədəbiyyatı müəllimləri Məmmədova Səfa və Şərifova Nərminə tərəfindən 8-ci siniflər arasında bilik yarışması təşkil olunmuşdur.Şagirdlərin həm Azərbaycan dili həm də Ədəbiyyat fənnlərindən bilikləri yoxlanılmışdır.Bilik yarışında öz fəallığı və düzgün cavabları ilə fərqlənən,aşağıda adları göstərilən şagirdlər tərifnamə ilə mükafatlandırılmışdır.8a sinfindən Əliyeva Yasəmən Taleh q.8b sinfindən İsmixanov Elvin İlham o.8c sinfindən Yusubov Nəsimi Nizami o.8c sinfindən Əsədli Fərdi Əsəd o.8ç sinfindən Ağazadə Könül Rövşən q Digər müəllimimiz Salmanova Rəfiqənin rəhbərliyi ilə "Ana dilimiz mənəvi sərvətimizdir" adlı ədəbi - bədii gecə hazırlanmışdır.Şagirdlər tərəfindən ana dili mövzusunda müxtəlif referat və divar qəzetləri hazırlanmışdır. Noyabr ayında məktəbimizdə müasir təhsilimizlə bağlı dəyirmi masa keçirilmiş,müəllimlərdən Dadaşova Qərənfil "Təhsil keyfiyyətinin yüksəldilməsi zamanın tələbidir" mövzusunda,Əkbərova Səidə isə "Müasir təhsil və onun problemləri" mövzusunda mühazirələrlə çıxış etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi