Nailiyyətlərimiz

Cəbrayılov Əlisahib Atamoğlan oğlu23.04.2017 -ci il tarixdə Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı tam orta məktəbin 4 C sinif şagirdi Cəbrayılov Əlisahib Atamoğlan oğlu Şəhid Rüfət Məmmədovun xatirəsinə həsr olunmuş "Cüdo" güləş növü üzrə - 24 kq çəki dərəcəsində 2007- 2009 -cu il təvəllüdlü yeniyetmələr arasında keçirilən Xətai rayon açıq birinciliyində I yeri tutduğuna görə Diplom və medalla təltif edilmişdir.

Nəzərov RaminSuraxanı rayonu E.Qaranzadə adına 270 saylı tam orta məktəbin 9C sinif şagirdi Nəzərov Ramin 08.04.2017- ci il tarixində Grappling GI idman növü üzrə I yerə, 09.04.2017- ci il tarixdə isə "Pankration" idman növü üzrə Hövsan birinciliyində III yerə layiq görülmüş,Diplomla təltif olunmuşdur.

Mansırlı Ayxan09.04.2017 -ci il tarixdə Beyləqan rayonu ərazisində Xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsindəki idman kompleksində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş VKC karate növləri üzrə uşaqlar, yeniyetmələr və böyüklər arasında Azərbaycan kuboku keçirilib.Keçirilən yarışda Suraxanı rayonu E.Qaranzadə adına 270 saylı tam orta məktəbin 8ç sinif şagirdi Mansırlı Ayxan 14-15 yaş arası,- 63 kq çəki dərəcəsində iştirak etmişdir. II yerə layiq görülərək Diplomla təltif edilmişdir. 05.04.2017- ci il tarixdə "Təhsil" Respublika İdman Mərkəzində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərində Suraxanı rayonu üzrə "Karate" idman növündə fərqlənərək, I yerə layiq görülmüşdür.Diplom və medalla təltif olunmuşdur.

HAQQIMIZDA

   E.Qaranzadə adına 270 nömrəli tam orta məktəb 1984-cü ildən fəaliyyət göstərir. Hal-hazırda məktəbdə 2237 şagird təhsil alır. Onların təl...

BİZİM FƏXRLƏRİMİZ

Səadət Süleymanlı Xəyyam

Ülvi Qənizadə Aslan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi