4 “E” sinif şagirdi Əhmədzadə Cansu və 4 “F” sinif şagirdi Əliyev Elton Elmar oğluSuraxanı rayonu E.Qaranzadə adına 270№-li tam orta məktəbin 4 “E” sinif şagirdi Əhmədzadə Cansu - 30 kq çəki dərəcəsində 08-10 fevral tarixlərində İran İslam Respublikasında təşkil olunan V Beynəlxalq Karate yarışında I yerə layiq görülüb. Əhmədzadə Cansu 3:0 tam qələbə ilə düşmənimiz erməni rəqiblərini məğlub edib. Digər bir şagirdimiz isə 4 “F” sinif şagirdi Əliyev Elton Elmar oğlu Gürcüstan Respublikasında keçirilən karate yarışında yenə də erməni rəqibini 8:0 tam qələbə ilə məğlub edərək I yerə layiq görülüb. Biz fəxr edirik ki, bizim belə övladlarımız var.
Cəbrayılov ƏlisahibCüdo üzrə Əhmədli İdman Klubunun açıq birinciliyində 2008-ci il təvəllüdlü cüdoçular arasında 27 kq çəki dərəcəsində Cəbrayılov Əlisahib I yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdu.
4"Ə" sinif şagirdi Ağayev Nihat Natiq oğlu"Sehirbaz Şahmatçılar " adlı IV dərəcə yarışında 4"Ə" sinif şagirdi Ağayev Nihat Natiq oğlu I yer tutduğuna görə diplomla təltif olunub. Uğurları bol olsun!