6 Ə - Ömər Paşa31 may 2023- cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 1 nömrəli Uşaq- Gənclər İnkişaf Mərkəzi Bakı şəhər uşaq- gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərindən olan məktəbimizin 6Ə sinif şagirdi Ömər Paşa “İlk addımlar, ilk anlayışlar!” adlı intellektual bilik yarışıda I yerə laiq görülmüşdür. Diplomla təltif olunmuşdur.
9 C - İslamova ElnarəMəktəbin şagirdi İslamova Elnarə, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının, “Nizami Gəncəvi yaradıcılığında ümumbəşəri dəyərlər” inşa müsabiqəsi nominasiyasında 11-14 yaş qrupu üzrə II yerə laiq görülüb.
Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı və qiymətli hədiyyələri ilə təltif olunub.
IV siniflər üzrə intellektual yarışUlu öndərin 100 illik yubileyinə həsr edilmiş məktəblər arasında IV siniflər üzrə intellektual yarış keçirildi.Yarışda məktəbin "Xəzər " komandası I yerin qalibi oldu. Diplomla təltif olundular.