Alqoritm anlayışı

Bu gün 3"A", 3"B" və 3"Ə" siniflərində Riyaziyyat, İnformatika, Kimya, Fizika fənnlərindən inteqrasiya aylığı çərçivəsində informatika fənnindən Abdunova Gülnarə tərəfindən Promethean lövhədə "Alqoritm və Alqoritmin növləri" mövzusunda dərslər keçirildi. Dərslərdə sinif müəllimləri və informatika müəllimi Quliyeva Ülkər də iştirak etdi. Gülnarə müəllim dərslər zamanı riyaziyyat, texnologiya və fiziki tərbiyə fənnləri ilə fənnlərarası inteqasiya etdi. Şagirdlərə alqoritmin yaranma tarixi, təsviretmə formaları, növləri haqqında məlumat verilərək,alqoritm sözünün bizə Orta Asiyadan gəldiyini və görkəmli özbək riyaziyyatçısı Əl-Xarəzm adı ilə bağlı olduğu vurğuladı. Dərslər zamanı şagirdlər Promethean lövhədə budaqlanan alqoritmin blok- sxemlə təsvirini izah etdilər. Şagirdlərə tədqiqat aparılması üçün tapşırıqlar verildi və onlar tapşırıqları Promethean lövhədə işlədilər.