Fərqlənmə attestatları təqdim edildi

Ümumi təhsil pilləsində təhsil haqqında "Dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası"nın 5.1-ci bəndinə müvafiq olaraq iyulun 3-də məktəbin 9-cu sinfini yüksək nailiyyətlərlə və əla qiymətlərlə bitirən məzunlara təntənəli surətdə ümumi orta təhsil haqqında fərqlənmə attestatları təqdim olundu. Bütün məzunlarımızı təbrik edir və onlara uğurlar arzu edirik.