Şagirdlərlə görüş

Tədris ili müddətində şagirdlərə yüksək təhsil verməklə yanaşı həm də şagirdlərin vətənpərvərlik hisslərinin aşılanması, dünyagörüşünün dərinləşməsi, onların yumşaq bacarıqlarının təkmilləşməsi məqsədilə müxtəlif tədbir, debat, dəyirmi masa və görüşlər keçirir. Tədbirlər Planına uyğun olaraq 10 iyun 2025-ci il tarixində məktəbin kitabxanasında şagirdlərilə tanınmış teleaparıcı Aysel Novruzovanın maraqlı görüşü təşkil olundu. Görüş zamanı o, öz peşəkar fəaliyyətindən, televiziya sahəsində qazandığı təcrübədən və qarşılaşdığı çətinliklərdən danışdı. Gənclərin suallarını cavablandıran aparıcı, onlara gələcək karyeralarında uğur qazanmaq üçün tövsiyələr verdi. Səmimi və motivasiyaedici atmosferdə keçən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.