"Dünya xalqlarının musiqisi" ilə bağlı maarifləndirmə tədbiri

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. May ayı məktəbdə Texnologiya-Musiqi-Təsviri incəsənət-Fiziki tərbiyə fənn aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur.
Aylığın Tədbirlər Planına uyğun olaraq 9-cu sinif şagirdləri ilə Musiqi fənni üzrə "Dünya xalqlarının musiqisi" ilə bağlı maarifləndirici dərs keçirilib.