“Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bununla bağlı həyata keçiriləcək tədbirlərə dair Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına müvafiq olaraq məktəb üzrə Tədbirlər Planı hazırlanmışdır. Tədbir planına əsasən, məktəbdə “Konstitusiya və Suverenlik İli” ilə bağlı forum, konfrans, simpozium, “Dəyirmi masa”, “Açıq dərs” və seminarların, müxtəlif müsabiqələrin, sərgi və festivalların, elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, tanınmış ziyalıların iştirakı ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Aprelin 30-da məktəbin biologiya müəllimləri Vilayət Həsənov , Sevil Musayeva və Lalə Abdullayeva sinif şagirdləri ilə birlikdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirdilər.