Şagirdlərlə görüş

Tədbirdə olimpiadanın keçirilmə qaydaları, imtahan prosesinə dair vacib məlumatlar və qiymətləndirmə meyarları şagirdlərin diqqətinə çatdırılıb.Bu mərhələdə məktəbimizi 38 şagird təmsil edəcək.
Görüş zamanı iştirakçılara buraxılış vərəqələri təqdim edilib və onların sualları cavablandırılıb. Şagirdlərə uğurlar arzulanıb, onlara həyəcanlarını idarə etmə və imtahana effektiv hazırlıqla bağlı tövsiyələr verilib.
Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu 27 aprel tarixində keçiriləcək.