"Yurdumuza Bahar Gəlir" adlı Novruz şənliyi

   Məktəbimizdə Novruz bayramına həsr olunmuş "Yurdumuza Bahar Gəlir" adlı möhtəşəm bayram şənliyi keçirildi. Tədbirin təşkilatçısı məktəbin tarix müəllimi Nərmin Hüseynli oldu. O, çıxış edərək Novruz bayramının qədim kökləri, adət-ənənələri və xalqımızın bu bayrama verdiyi dəyər haqqında məlumat verdi.

Şənlikdə İnci rəqs ansamblı bayramın ab-havasına uyğun maraqlı rəqs nümunələri ilə çıxış etdi. Onların ifa etdiyi rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb oldu və alqışlarla qarşılandı.

Bayram tədbirində Novruzun rəmzləri olan səməni, şamlar, şirniyyatlar və çərşənbə adətləri nümayiş olundu. Şagirdlər bayrama aid şeirlər söylədilər, səhnəciklər göstərdilər və Novruzun sevincini birlikdə yaşadılar.

Şənlik bayram ovqatı ilə davam edərək, hər kəsə xoş anlar bəxş etdi. Məktəb rəhbərliyi və müəllimlər tədbirin yüksək səviyyədə təşkilinə görə Nərmin Hüseynliyə və iştirakçılara təşəkkür etdilər.

Novruz bayramı – bolluq, bərəkət və baharın müjdəçisidir. Biz də bu gözəl bayramı böyük coşğu ilə qeyd edərək bir daha xalqımızın zəngin mədəniyyətinə və milli dəyərlərinə sahib çıxdığımızı nümayiş etdirdik.

Novruzunuz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi