1-ci siniflərdə psixoloji test keçirilib

   Məktəb psixoloqlarının fəaliyyət planının 1.2.1-ci bəndinə əsasən birinci sinif şagirdlərinin məktəbə psixoloji hazırlıq səviyyəsinin öyrənilməsi məqsədilə məktəbin psixoloqları Abdulxalıqova Laləzər və Qasımova Turan tərəfindən Yerasik-Kernin kamilliyin məktəb oriyentasiyalı testi tətbiq edildi. Test qrafik imla, insan şəkli çəkmək və fəza vəziyyətinə görə qeyd olunmuş nöqtələrin olduğu kimi üzdən köçürülməsi tapşırıqlarından ibarətdir. Məqsəd test vasitəsilə şagirdlərdə kiçik motorikanın,oxşarı bilmək bacarığının müəyyənləşdirilməsi,ixtiyari diqqətin,ümumi intellektual səviyyənin öyrənilməsi və təlim tapşırığını qəbul etmək bacarığının aşkar edilməsi idi. Test şagirdlər tərəfindən maraqla icra edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi