Çalışmanın yaş həddinə çatmış müəllimlərlə görüş

   Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

Sağlam cəmiyyət üçun yetişdirilən hər bir şagird isə onlar üçün yaradılmış şəraitdən səmərəli istifadə etməli, əla qiymətlərlə oxumalı, bilik və bacarıqlarının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atmalıdırlar.

Şübhəsiz ki, burada müəllim əməyi əsas önəm daşıyır. Bir bağban kimi, yetişdirdiyi meyvələrinin bəhrəsini görmək istəyən müəllimlərimiz yüzlərlədir.

13 iyun tarixində məktəbdə uzun illərdir əmək fəaliyyəti göstərən , çalışmanın yaş həddinə çatmış müəllimlərlə görüş keçirildi. Göstərdikləri fəaliyyətə görə onlara məktəb rəhbərliyi tərəfindən təşəkkür edildi.

Hər bir müəllimimizi təbrik edir , onlara gələcək həyatlarında uğurlar arzu edirik .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi