Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsinə həsr olunmuş dərslər keçirilir

Suraxanı rayon üzrə Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar olaraq məktəbimizdə görüş keçirildi. 24.01.2017 -ci il tarixdə keçirilən görüşdə Suraxanı rayon E.Qaranzadə adına 270 saylı tam orta məktəbin direktoru Əli İsgəndərov, 280 saylı tam orta məktəbin direktoru Rövşən Qasımov,285 saylı tam orta məktəbin tarix müəllimi Rauf Məmmədzadə, müəllim və şagirdlər iştirak etdi. Azərbaycan Respublikasının Dövlət himni səslənərək açıq elan edildi. Şagirdlərə ümummilli liderimiz Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi islahatlar haqqında müəyyən məlumatlar verildi. "Təhsil millətin gələcəyidir" deyən Heydər Əliyev Azərbaycanda təhsil sahəsinə həmişə diqqət yetirmiş və ona qayğı göstərmişdir. O, bildirmişdir ki, "Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır ". Bu sahədə qayğını Ulu öndərimiz Azərbaycana rəhbərlik edərkən göstərmişdir. Biz müstəqilliyimizin ilk illərinə nəzər salanda görürük ki, təhsildə məktəblərin yenidən qurulması, dərsliklərin və təhsil proqramlarının yenidən tərtib edilməsi və s. ilə bağlı müxtəlif problemlər vardı. Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra yeni məktəblərin tikiməsi, yeni dərs metodlarının tətbiq olunması ilə bağlı ciddi işlər görülməyə başlandı. Hal -hazırda da ümummilli liderin təhsillə bağlı siyasəti prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilməkdədir.