Aprel şəhidi Müşviq Orucovun anım günü ilə bağlı onlayn tədbir

   05 Aprel 2021-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, E. Qaranzadə adına 270 nömrəli tam orta məktəbin şəhid Müşfiq Orucovun adını daşıdığı  6 "C" sinif şagirdləri,  Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Hüseynova, tarix müəllimi Mirzoyeva Təranə və 6 "C" sinfinin sinif rəhbəri Aynurə Abdullayevanın təşkilatçılığı ilə, şəhid Müşfiq Orucovun anası Aygün Məmmədova, məktəbin direktor əvəzi Kəmalə Məmmədova və UBTR-i İlahə Əhədovanın iştirakı ilə Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş Müşfiq Arif oğlu Orucovun anım günü ilə bağlı onlayn tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Aprel Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktor əvəzi Kəmalə Məmmədova aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgərlərimizin gənclər üçün vətənpərvərlik nümunəsinə çevrildiyini qeyd etdi. İgidlərimizin şəhidlik zirvəsinə ucalmaqla yeni tarix yazdıqlarını, onların Vətən uğrunda canları ilə əbədi olaraq xalqımızın yaddaşında qalacaqlarını vurğuladı. Aprel döyüşlərindən, zabit və əsgərlərimizin qəhramanlığından, qazanılan qələbələrdən danışıldı. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sədaqət Hüseynova çıxış edərək,  Ali Baş Komandanımızın da dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdiyini bildirdi. Tədbir iştirakçıları şəhid Müşfiq Orucov haqqında xatirələrini bölüşərək onu ehtiramla  yad etdilər. Tədbirdə şəhid Müşfiq Orucov haqqında hazırlanmış video təqdimatda şagirdlər şəhidin ömür yoluna nəzər saldılar. Daha sonra şagirdlər onları maraqlandıran suallarla şəhidin anası Aygün xanıma müraciət etdilər. Şəhidin anası Aygün Məmmədova çıxış edərək, oğlu haqqında öz xatirələrini bölüşdü, şəhidin qısa ömür yolu və şücaəti haqqında geniş danışdı. Şagirdlər şəhidin qəhrəmanlığı haqqında şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Sonda Müşfiq Orucovun anası Aygün Məmmədova tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi