Valideyn iclası

   Bakı şəhəri E. Qaranzadə adına 270 nömrəli tam orta məktəbdə 26.01-31.01.21-ci il tarixlərində məktəbin direktor əvəzi Kəmalə Məmmədova valideynlərlə birgə silsiləli iclas keçirmişdir. İclasda fevral ayının 1-dən etibarən məktəbdə ənənəvi dərslərin mərhələli şəkildə başlanmasından, məktəbəqədər qruplar və I-IV siniflər üzrə əyani təhsilin qismən bərpa edilməsindən danışıldı. Dərsə gələn şagirdlər məktəbin həyətyanı sahəsində sosial məsafənin saxlanılması məqsədilə arasındakı məsafə ən azı 1,5 m olmaqla yerdə çəkilmiş işarələr üzərində dayanmalıdırlar. Sosial məsafənin saxlanılması və şagirdlərin növbə ilə məktəbə daxil olma prosesi məktəb rəhbərliyi tərəfindən bir neçə əməkdaş və Məktəblinin dostu Ayşə Paşayeva tərəfindən nəzarət olunacağı bildirildi. Valideynlər məktəbin həyətyanı sahəsində övladının sosial məsafənin gözləməsi qaydalarına əməl etməli, övladı məktəbin girişinə daxil olduqdan sonra məktəbin həyətyanı sahəsini tərk etməli olduğunu vurğuladı. İclasda yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq təhsil-təlimlə bağlı məsələlər müzakirə olundu. Pandemiya şəraitində şagirdlərə gigiyena və sosial məsafənin gözlənilməsi, şagirdlərin gigiyena qaydalarına əməl edilməsi prosesinin sinif rəhbəri tərəfindən nəzarət edildiyi, hər gün həkim və tibb bacısı uşaqların vəziyyəti ilə maraqlandığını qeyd etdi. Uşaqlar bəzən gigiyenik qaydalara riayət etmirlər. Öskürəndə, asqıranda ağızlarını tutmurlar, əllərini təmiz saxlamırlar. Bu səbəbdən müəllimlərlə yanaşı, valideynlər də uşaqların gigiyenik qaydalara əməl etməsinə nəzarət etməli, uşaqlara sanitar-gigiyenik qaydalara əməl etməyin yollarını öyrətməlidirlər. Məktəb daxilində şagird və müəllimlərin əllərinin gigiyenası üçün dezinfeksiya məhlulundan istifadə olunur. Hər səhər istilik cihazı ilə istilik ölçülür, istiliyi 37.1C dərəcədən aşağı şagird və müəllimlər sinif otaqlarına tərəf yönəldilir. Daha sonra Təhsil Nazirliyinin təşəbbüsü ilə məktəbə elektron kartlar təqdim olunduğundan danışılıb. Məktəbin girişlərində şagird və müəllim heyyətinin davamiyyət rejiminin operativliyini təmin edilməsi üçün elektron kartlardan istifadə olunur. Kartlar vasitəsilə şagirdlərin dərsə müntəzəm gəlmə vaxtı qeydə alınır. Valideynlər onlayn dərs zamanı bəzi şagirdlərin internetin zəif olması ilə üzləşdiyini, dərsə qoşula bilmədiklərini söylədilər. İclasın sonunda valideynlərin suallarına cavab verildi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi