Şəhid Müşviq Orucovun ailəsi ilə görüş

Deyirlər uğrunda qan tökülməyən, mübarizə aparılmayan, şəhidi, qəhrəmanı olmayan torpaq halal olmaz. Həqiqətəndə belədir. Bizim torpaqlar halal torpaqdır. Çünki, uğrunda qan tökülüb, neçə-neçə qəhraman oğullar dünyadan köç edib. Amma nə etmək olar ki, Uca Tanrı bizlərə torpaqlarımıza göz dikən mənfur, acgöz, vəhşiliklər törədən qonşu nəsib edib. Torpaqlarımızın bütövlüyü uğrunda göz qırpmadan qəhrəmanlıqla mübarizə aparan, igidcəsinə şəhid olan, ömürlük əbədiyyətə köçən oğullarımızdan biri Orucov Müşviq Arif oğludur. Müşviq 1994-cü il sentyabrın 18-də Bakıda düyaya göz açıb. 7№li Zəngilan rayon məktəbində oxuyub. 700 balla Azərbaycan Texniki Universitetinin Avtomatika və komputer texnikası fakültəsinə daxil olub.
Müşviq Orucov dördgünlük müharibənin qurbanı olub. 270№li tam orta məktəbin 5”c” sinfi şəhidin adını daşıyır. Bu münasibətlə 23.02.2020-ci il tarixində 5”c” sinfinin rəhbəri A. Abdullayeva müəllimənin rəhbərliyi ilə şəhidin ailəsi ilə görüş təşkil olundu. Görüşdə sinif şagirdləri, valideynlər, sinfin Azərbaycan dili və ədəbiyyatı müəllimi S.Hüseynova, Coğrafiya müəlimi E.Qasımova, Uşaq Birliyi rəhbəri İ.Əhədova iştirak etdilər.
Şagirdlər müəllimlərin rəhbərliyi ilə şəhidin qəbrini ziyarət edərək, şəhidin xatirəsini əziz tutmaq məqsədi ilə ağac əkmiş şeirlər söyləmişlər. Müşviqin atası Arif müəllim, anası Aygün xanımda şagirdlərin bu təşəbbüsünə ürəkdən sevinmişlər.
Daha sonra şagirdlərimiz şəhidimizin yaşadığı evdə, təhsil aldığı məktəbdə olub ata-anasının, nənəsinin və müəllimlərinin dilindən onun barəsində gözəl xatirələrini dinləmişlər.
Valideynləri Müşviqə vətənə sevgi, məhəbbəti kiçik yaşlarından aşılamışlar. Bu cür ziyalı bir ailənin Müşviq kimi vətənpərvər oğlu olar. Müşviqlə bağlı xatirələri bölüşməklə bitib-tükənməz. Sadəcə bir şeyi qeyd etmək lazımdır ki, şəhidin valideynlərinə təskinlik verən, yaralarına su səpən övladlarının unudulmaması, hər bir qəlbdə ürəkdən sevilməsidir. Müşviqlə öyünməyə onların və vətənin haqqı var. O, vətəninə olan sevgisini vətən üçün canını verməklə sübut etmişdir. Ən yüksək zirvəyə-şəhidlik zirvəsinə yüksəlmiş Müşviq Orucov Allah sənə rəhmət eləsin!