Elton Əliyev Elmar
Məktəbin 7f sinif şagirdi Əliyev Elton Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının və Azərbaycan yığma komandasının tərkibində 1-3 aprel 2022-ci il tarixlərində Serbiyanın Subotica şəhərində keçirilən 11-ci SKDUN Avropa çempionatında ölkəmizi təmsil edib.
Təmsilçimiz Elton Əliyev bütün rəqiblərinə qalib gəlmiş və qızıl medal qazanaraq öz çəkisində Dünya reytinqinin 1-cisi və Avropa çempionu adını qazanıb.
Təbriklər uğurların bol olsun!
Gəray Ramazan Qaşqay
5"B" sinif şagirdi Gəray Qaşqay oğlu Ramazan 12-14 yanvar 2018-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" Karate Klubunun birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında keçirilən 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş II Açıq Beynəlxalq Karate turnirində -30 kq çəki dərəcəsində 10-11 yaş qrupunda yarışaraq III yerə layiq görülmüşdür. "Diplom" və medalla təltif edilmişdir.