Uşaq hüquqları aylığı
Hər il olduğu kimi bu il də 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilib.
Xətai rayonunun 27 nömrəli tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbin müəllimləri və şagirdlərlə birgə tədbir keçirilib.Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Arzu İbrahimova,məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.
Tədbir məktəbin tərbiyə işləri üzrə direktor müavininin çıxışı ilə başlayıb. Daha sonra məktəbin şagirdləri mövzu ilə əlaqədar çıxış edərək öz bilik və bacarıqlarını nümayiş ediblər.Tədbirdə həmçinin şagirdlərin əl işlrindən ibarət sərgi nümayiş etdirilib.
Tədbirin sonunda məktəbin direktoru Cəmilə Ramazanova uşaq hüquqları barədə, uşaqların pis vərdişlərdən uzaq durmaları üçün təlim və tərbiyənin önəmli rol oynaması, gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi diqqət və qayğıdan geniş şəkildə məlumat verib.