Böyük Vətən Müharibəsi üzərində Qələbənin 75 illiyi
Böyük Vətən Müharibəsi üzərində qələbənin 75 illiyi münasibətilə Azərbaycanda Rusiya Mədəniyyət və İnformasiya mərkəzinin dəstəyi ilə "Bizim qəhrəmanlar"adlı beynəlxalq müsabiqə keçirilmişdir.Müsabiqədə 11 ölkə,148 məktəb,12896 nəfər iştirak edirdi.Azərbaycan üzrə cəmi 4 qərərgah məktəb qeydiyyatdan keçmiş,onlardan biri bizim 27 saylı məktəbdə yaradılmışdı.Qərargahın rəhbəri məktəbin tarix müəllimi Mehriban Qadaşova, liderlər VII sinif şagirdləri Məmmədov Malik Elmar oğlu,Allahverdiyeva Zərrin Rəşad qızı,Kazımov Mikayll Anar oğlu idi. II Dünya müharibəsi illərində şücaət göstərən qəhrəmanların döyüş yolunun öyrənilməsi, taleyinin onların ailə üzvləri ,yaxınları tərəfindən öyrənilməsi,iki dövlət- Azərbaycan və Rusiya dövlətinin tarixində bu insanların mühüm rol oynamasının araşdırılması bu layihənin məqsədi idi.VII sinif şagirdləri Böyük Vətən Müharibəsinin iştirakçısı olan ulu babaları haqqında təqdiqat materialı hazırlayaraq,layihənin qaliblərindən biri oldular.