31 mart Soyqırımına həsr olunmuş tədbir

Hər il olduğu kimi, bu il də 27 saylı tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü böyük bir hüznlə anıldı. Bu məqsədlə məktəbdə konfrans, açıq dərslər, sərgilər təşkil edildi.1-ci dərs 31 mart Soyqırımına həsr olundu Tədbirdə soyqırıma məruz qalmış qurbanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlərə erməni daşnaklarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında geniş məlumat verildi.Mart ayının 31-inin ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edildiyi bildirildi. təkcə 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı qeyd olunub. Tədbirdə şagirdlər Quba məzarlığını virtual olaraq izləyərək öz hisslərini şeirlər, bayatılar vasitəsilə ifadə ediblər.Tədbirdə 1918-ci ildə törədilən qanlı hadisələrdən bəhs edən sənədli film və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya da nümayiş etdirildi. Təşkil olunan sərgilərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faktlarını əks etdirən əsərlər nümayiş olundu.Tədbirdən sonra şagirdlər İstiqlal muzeyinə ekskursiyaya getdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi