"Bapbalaca boyu var, damdolusu toyu var"
Xətai rayonu 27 saylı orta məktəbdə bir şagird təhsil alır. Necə deyərlər, "bapbalaca boyu var, damdolusu toyu var.".Beşinci sinifdə oxumasına baxmayaraq,artıq ulduza çevrilib.Bunun da bir səbəbi var.10 mart teatr günündə Musiqili Teatrda xalq yazıçısı Elçinin hekayələri əsasında,görkəmli rejissor Cənnət Səlimovanın quruluşunda "Baladadaşın toy hamamı"adlı ikihissəli lirik komediyanın premyerası baş tutdu.Əsərdə bizim balaca Rahib Məmmədli də baş rolda oynayır.Baxışdan sonra tamaşaçıların rəğbətini qazanan balaca Rahibi gorkəmli yazıçı Elçin,həmçinin mədəniyyət naziri Əbülfəz Qarayev yüksək qiymətləndirdilər.