Qarabağı unutma!

“Yayım” Assosiasiyasının təşkilatçılığı ilə Xətai rayonundakı 27 saylı orta məktəbdə 27 və 147 saylı orta məktəblərin 9-11-ci sinif şagirdləri ilə Qarabağ müharibəsi veteranlarının görüşü keçirilmişdir. “Qarabağı Unutma - hadisələr şahidlərin gözü ilə” adlı tədbiri giriş sozü ilə açan məktəbin direktoru Cəmilə Ramazanova Qarabağ müharibəsi veteranlarını, şəhid ailələri üzvlərini salamlayaraq gənclərimizin bu kimi tədbirlərə daha çox ehtiyacını olduğunu bildirərək tədbirin təşkilatçısı olan “Yayım” Assosiasiyasına və onun rəhbəri Yaşar Zeynalova hər iki məktəbin pedoqoji kollektivi adından minnətdarlığını bildirdi. Yayım Assosiasiyasının prezidenti Yaşar Zeynalov rəhbərlik etdiyi təşkilatın 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Bakı və Sumqayıt şəhərlərində 4 məktəbdə gənclərlə Qarabağ veteranlarının görüşünü keçirdiyini bildirdi: - Təşkilatımız 2016-cı ildə mövzunun aktuallığını və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini nəzərə alaraq, Bakı şəhərinin hər rayonunda gənclərlə veteranlarımızın görüşülərinin davam etdirilməsini qərara aldıq. Bu müqəddəs vəzifənin icra edilməsində təşkilatımıza göstərdikləri köməyə görə Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə minnətdarlığımı bildirirəm. Biz çalışırıq ki, gənclərimiz Azərbaycanın işğal altında olan maddi və mənəvi sərvətlərimiz, qəhrəman şəhidlərimiz, igid Qarabağ döyüşçülərimiz haqqında daha doğru məlumatı o odlu-alovlu günləri yaşamış veteranlarımızın dilindən eşitsinlər. Bunun gənclərimizin vətənpərvərlik ruhunda tərbiyyəsində, doğma Vətənimizin mərd, qəhrəman əskəri olmasında böyük rolu olacaqdır. Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri, II qrup Qarabağ əlili Fuad Salahov, Qarabağ müharibəsində iki övladı şəhid olmuş Mövsüm Məhərrəmov, şəhid anası Surayə Musayeva, I qrup əlil, müharibə veteranı Ruxsarə Cumayeva və II qrup əlil, müharisə veteranı Qaroğlan Musayev gənclər qarşısında çıxış edərək iştirak etdikləri döyüşlərdən, vətən uğrunda canlarını fəda etmiş igid Azərvaycan oğlanlarından, ermənilərin törətdikləri vəhşilikdən söhbər açaraq, sabahın əskəri olacaq gənclərimizə tövsiyyələrini vermişlər. Tədbirdə məktəblilər Qarabağ, Xocalı və şəhidlərimizlə bağlı şeirlər söylədilər. Sonunda məktəblilərlə Qarabağ veteranları xatirə şəkili çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi