Ulu öndərə dərin ehtiramla
Bakı şəhəri üzrə 27 nömrəli tam orta məktəbdə Ümummilli liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir..Bu tədbirlər Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyev irsini daha dərindən öyrənməyə və ondan bəhrələnməyə çağırır.
II-V sinif şagirdləri də Ulu öndərin xatirəsinə öz sevgilərini və ehtiramlarını özünəməxsus çatdırdılar.Onlar asfaıt üzərində sevə-sevə müxtəlif kompozisiyalar,Ulu öndərin adını,dövlət rəmzlərini çəkdilər.
Qeyd edək ki, tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.