31 mart soyqırımı günü
Martın 29-da məktəbimizdə tarix müəllimi Aygün Əzizova və 10 “d” sinif şagirdləri ilə "31 mart Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunmuş anım tədbiri keçirildi. Himn, soyqırım qurbanlarını anma üçün bir dəqiqəlik sükut və soyqırımı əks etdirən videosüjetlə başladı. Dəyirmi masanın müzakirələrində məktəbin direktoru Cəmilə Ramazanova və təşkilatçı müavin kitabxanaçı Qönçə Ocaqverdiyeva da yaxından iştirak etdilər. Şagirdlər 31 mart soyqırımının səbəbləri, gedişi, acı nəticələri ilə bağlı fikirlərini, inşa yazılarını, referatlarını,nümayiş etdirdilər, şeirlər söylədilər. Tədbir sonda vətənpərvərlik mövzusunda musiqi ilə başa çatdırıldı.