XX əsrin faciəsi-Xocalı soyqırımı

26 fevral Xətai rayonu 27 saylı tam orta məktəbin kitabxanasında Xocalı hadisələrinin 24-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Məktəbin 2e sinif şagirdləri bu qanlı hadisəni bir dəqiqəlik sükutla yad etdilər.Sinif rəhbəri Aynur Abdullayeva və kitabxanaçılar Qönçə Ocaqverdiyeva və Münavər Çobanova qeyd etdilər ki,ermənilər tarix boyu Azərbaycan torpaqlarına göz dikmişlər.1992-ci il fevralın 25-dən 26-na keçen gecə xalqımızın başına dəhşətli müsibətlər gətirmişlər. Şagirdlər kitabxanada tərtib edilmiş "Xocalı-24 illiyi"guşəsi önündə Xocalı hadisələrdən bəhs edən haqsızlıqlardan söhbət açdılar.Zəhra.Mədinə,Eldar,Məryəm,Ləman,Aylin şeirlər söylədilər.Mirsənan Xocalı hadisələrində şəhid olmuş dayısı haqqında xatirələrindən söhbət etdi.Xalqımız bu gün həm Xocalının,həm də Qarabağda törədilmiş başqa qırğınların qisasını almağa tam hazırdır.O günə çox qalmayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi