1 mart Beynəlxalq Mülkü Müdafiə günü
Bakı Şəhəri 27 nömrəli tam orta məktəbdə 1 mart Beynəlxalq Mülkü Müdafiə günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin əməkdaşları iştirak etdi.Təbii fövqəladə hadisələr olan zəlzələ, daşqınlar,sürüşmələr və yanğınlar zamanı özünü xilasetmə və davranış, xəbərdarlıq haqqında şagirdlərə geniş məlumat verildi, video çarxlar nümayiş etdirildi.
Yanğınsöndürən balonların işə salınması, istifadəsi haqqında şagirdlər əməli olaraq təlimatlandırıldı.