Xocalı qan yaddaşımız
Xocalı Faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən 26.02.2019–cu il tarixdə məktəbimizdə bütün siniflərdə ilk dərslər Xocalı Soyqırımının iyirmi yeddinci ildönümünə həsr edilmiş, ədəbi-bədii kompozisiya, “Xocalı Faciəsi” uşaq yaradıcılığı mövzusunda rəsm sərgisi təşkil edilmiş,divar qəzetləri, bülleten, foto - stend və guşələr hazırlanmışdı.
Məktəbimizin rus dili və ədəbiyyat müəllimi Sevinc Məmmədovanın təşkilatçılığı ilə 6”ç” sinif şagirdləri “Xocalı harayı” adlı anım tədbiri keçirdilər.Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyalar, sənədli filmlərdən fraqmentlər nümayiş etdirildi. Xalqımızın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə o qanlı gecədə dinc sakinləri böyük şücaətlə xilas edərək özü itkin düşən Milli Qəhrəman Hikmət Nəzərlinin bacısı və bibisi iştirak edirdi.Onlar məktəbimizin məzunu olmuş Hikmət Nəzərli haqqında xatirələrini danışdı,məktəbin müəllim və şagird kollektivinə göstərdikləri sayğı və diqqətə görə təşəkkür etdi. Sonda məktəbin direktoru Cəmilə Ramazanova da çıxış edərək gələn qonaqlara təşəkkür etdi, şagirdlərə də qan yaddaşımız olan Xocalı faciəsini unutmamalarını və Hikmət kimi vətənpərvər olmalarını tövsiyyə etdi.
Tədbirin sonunda müəllim və şagird kollektivinin Xocalı Abidəsinə ziyarəti təşkili edildi.