Beynəlxalq Ana dili gününə həsr olunmuş Fləşmob

Xətai rayonu 27 saylı tam orta məktəbdə  Beynəlxalq Ana dili günü münasibətilə 21 fevral 2019-ci il tarixdə Açıq Rəf (koridorda açıq kitabxana) "Fləşmob" keçirildi.Bu fləşmobda şagirdlər,müəllimlər və valideynlər iştirak edirdi. Məktəbin müdiriyyətinin,kitabxanaçıların, ədəbiyyat müəllimlərinin şagirdlərlə birgə hazırladıqları bu tədbir hamının marağına səbəb oldu. Bu tipdə bir Fləşmobun keçirilməsinin əsas məqsədi yeniyetmələr və gənclər arasında mütaliənin təbliği, uşaqlarda mütaliə vərdişlərinin formalaşdırılması, mütaliə-bilik dairəsinin genişləndirilməsi, ailə qiraət ənənəsinin bərpası, kitabxanalara ictimai marağın artırılması, əhalinin savadlılıq səviyyəsinin yüksəldilməsi, istedadlı uşaqların aşkarlanması, uşaq və gənclərdə klassik, eləcə də müasir Azərbaycan və dünya ədəbiyyatına marağın artırılması, eyni zamanda Azərbaycan dili və nitq vərdişlərinin, nitq mədəniyyətinin təbliğidir. Həyata keçirdiyimiz Flasmob zamanı çalışdıq ki, mütaliəyə marağı daha da artırmaqla kitabı gündəlik həyatımızın bütün sahələrinə daxil edək. Müasir texnologiya vasitələri, internet insanları maarifləndirmək, məlumatlandırmaq baxımından nə qədər aktual olsa da, heç bir kəşf, heç bir vasitə kitab qədər praktik, kitab qədər zəngin ola, kitab qədər insanının mənəvi və fiziki sağlamlığının keşiyində dura bilməz. Şagirdlərimiz  belə maarifləndirici tədbirlədrin davamlı olmasını arzu etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi