Valideynin məktəbdə bir günü
18 fevral 2019-cu il tarixdə məktəbimizdə “Valideynin Məktəbdə Bir Günü” adlı görüş həyata keçirildi.Həmin gün valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı təmin olundu,məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platforması yaradıldı,valideynlər məktəb kitabxanası,yeməkxana,sinif otaqları,idman meydançası,akt zalı,labaratoriyaları gəzərək, məktəb mühiti ilə tanış oldular,açıq dərslərdə iştirak etdilər.Sonra tədbir məktəbin akt zalında davam etdirildi. Məktəb rəhbərliyi öz hesabatını verərək, valideynləri və gələn qonaqları I yarımildə görülmüş işlər haqqında məlumatlandırdı, Valideynlərin sualları cavablandırıldı, təklif və iradlar dinlənildi.Tədbir istedadlı şagirdlərimizin ifasında bədii hissə ilə yekunlaşdı.