“Ölkəmizi tanıyaq və tanıdaq”adlı baxış müsabiqə-Lənkəran
Xətai rayonu 27 saylı tam orta məktəbdə VI-VII siniflərin şagirdləri arasında keçirilən “Ölkəmizi tanıyaq və tanıdaq”adlı baxış müsabiqənin səkkizinci günü cənub bölgəsinin incisi Lənkərana həsr olunmuşdu.6e sinfinin şagirdləri sinif rəhbəri İnna Şulyanova ilə bərabər Lənkəran haqqında təqdimat hazırlayaraq münsiflər heyətinə təqdim etdilər.Özünəməxsusluğu ilə seçilən Lənkəran haqqında materialları,video-slaydları,müxtəlif sənətkarlıq nümunələrini uşaqlar özünəməxsus formada da təqdim etdilər.Lənkəranın simvolu sayılan samovar çayının ele oradaca münsiflərə təqdim oluması,bir birindən maraqlı xalq musiqisi nümunələri ,cənub mətbəxinin dadlı təamlarının təqdim olunması münsiflər heyətində bir başqa abu-hava yaratdı.Təqdimat münsiflər heyəti tərəfindən bəyənildi.