“Ölkəmizi tanıyaq və tanıdaq”adlı baxış müsabiqə-Quba
Xətai rayonu 27 saylı tam orta məktəbdə VI-VII siniflərin şagirdləri arasında “Ölkəmizi tanıyaq və tanıdaq”adlı baxış müsabiqənin yeddinci günü Quba rayonuna həsr olunmuşdu.6c sinif şagirdləri sinif rəhbəri İlahə Qarayeva ilə birlikdə çox maraqlı bir təqdimat hazırlamışdılar.Şagirdlər Azərbaycanın dilbər guşələrindən olan Quba haqqında təqdimat hazırlayaraq münsiflər heyətinə təqdim etməli idilər. Həmin bölgənin tarixi,coğrafiyası,mədəni irsi,adət-ənənələri,milli mətbəxi,həmçinin səhnə tərtibatı,təqdimatın bədiiliyi.baxımlı olması yarışmanın şərtlərinə aid idi.Səhnə çox yüksək zövqlə bəzənmişdi.Qubadan məxsusi gətirilmiş müxtəlif qədimi qablar,kəlağayılar,Quba şirniyyatları təqdimata xüsusi gözəlik verdi.30 dəqiqə ərzində əhatəli şəkildə maraqlı məlumatlarla,slaydlarla,albomlarla,milli kulinariya nümunələri ilə etdikləri təqdimat münsiflər heyətini razı saldı.