“Ölkəmizi tanıyaq və tanıdaq”adlı baxış müsabiqə-İsmayıllı

      Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənc nəslin tərbiyəsinə, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafına hər zaman xüsusi  diqqət və qayğı ilə  yanaşmışdır.Artıq neçə ildir ki, "Ölkəmizi tanıyaq" adı altında maarifləndirici tur –aksiyanın keçirilməsi cənab prezidentin gənc nəslə göstərdiyi qayğının təzahürüdür.Doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından bu maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.

    Bu layihə çərçivəsində Xətai rayonu 27 saylı tam orta məktəbdə də maraqlı silsilə tədbirlər yer aldı.Məktəbimizin VI-VII siniflərin şagirdləri arasında “Ölkəmizi tanıyaq və tanıdaq”adlı baxış müsabiqə keçirildi.Şagirdlər Azərbaycanın müxtəlif bölgələri haqqında   təqdimat hazırlayaraq münsiflər heyətinə təqdim etməli idilər. Həmin bölgənin tarixi,coğrafiyası,mədəni irsi,adət-ənənələri,milli mətbəxi,həmçinin  səhnə tərtibatı,təqdimatın bədiiliyi.baxımlı olması yarışmanın şərtlərinə aid idi.

    İlk tədbir 7ç sinif şagirdlərinin sinif rəhbəri Səkinə Novruzova ilə birgə hazırladıqları İsmayıllı rayonu haqqında təqdimat oldu.Səhnə çox yüksək zövqlə bəzənmişdi.İsmayıllidan,Lahıcdan  gətirilmiş müxtəlif qədimi qablar,kəlağayılar,qədim sənət olan dulusçuluq nümunələri,həmçinin uşaqların 30 dəqiqə ərzində əhatəli şəkildə maraqlı məlumatlarla,slaydlarla,albomlarla,milli kulinariya nümunələri ilə  etdikləri təqdimat münsiflər heyətini razı saldı.  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi