Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı

  

     Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. Həm də təkcə bizdə yox, bütün dünya azərbaycanlıları bu günü bayram edir. Yeni təqvim ilinin başlanması, həmçinin  Dünya Azərbaycanlılarının Həmrəylik Gününü 27 saylı tam orta məktəbin şagirdləri özünəməxsus şəkildə qeyd etdilər. Sinif müəllimi Səbinə Bayramovanın 1ç sinif şagirdləri  vətənpərvər mövzuda şeirlər söylıədilər,mahnılar oxudular. Şaxta baba ilə şənləndilər. Biz də öz növbəmizdə hər kəsin bayramını təbrik edir, bol sevinc, ruzi-bərəkət arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi