Uu öndər,dahi şəxsiyyət

Dekabrın 11-de 27  nömrəli tam orta məktəbdə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Ulu öndər,dahi şəxsiyyət Heydər Əliyev!” adlı anım tədbiri  təşkil olunub.
Məktəbin direktoru Cəmilə Ramazanova dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxışında bildirdi ki, 15 il əvvəl dekabr ayının 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşub. O, xalqımızın yaddaşına əbədi həkk olmuş dahi şəxsiyyətdir. Çox illər keçəcək, lakin azərbaycanlılar müdrikliyi və sarsılmaz mətinliyi sayəsində ölkəmizin gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin yol yalnız ümummilli lider Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Tədbirdə şagirdlərin ifasında şeirlər səslənib. Tədbir zamanı Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videofraqmentlər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi