"Ölkəmizi tanıyaq"tur aksiyası

Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədi ilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər il minlərlə şagird "Ölkəmizi tanıyaq" adlı tur aksiyada iştirak edir. Noyabrın 14-dən 17-nə kimi keçirilən tur aksiyada Xətai rayonundan olan 40 məktəbli Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfərə çıxıb. Məktəbimizin IX "B" sinif şagirdi Məhərrəmova Nərminə də həmin tur aksiyada iştirak edib.