Heç kim unudulmur,heç nə yaddan çıxmır.
Xətai rayonu 27 saylı orta məktəbdə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir.Məktəbin radio qovşağı vasitəsilə şagirdlərin ifasında Xocalı qətliyamının qurbanlarına həsr olunmuş şeirlər,bayatılar səslənmişdir.Məktəbin foyesində anım guşəsi yaradılmış,şagirdlərimizin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.V-X sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinə yekun vurulmuşdur.Qaliblərin yazıları da əl işləri arasında yer almışdır. Sonra məktəbin akt zalında anım tədbiri keçirildi.4 b sinif rəhbəri Zenfira Seyidova ilə birlikdə şagirdlər Xocalı qurbanlarına həsr olunmuş şerlər,bayatılar söylədilər.Tədbirdə "Gənc Heydərçilər "təşkilatı,Tarix-muzeyi və Ordubadi ev muzeyindən gəlmiş qonaqlar iştirak etdilər.Tədbirdən sonra şagirdlər "Ana harayı" abidəsinə yürüş etmiş,tər qərənfil və qızılgüllərlə soyqırım qurbanlarının xatirəsini yad etmişlər.