C.Naxçıvanskinin 120 illik yubileyi

Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində baliqci və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna ordenli ilə təltif olunmuşdur. 15 sentyabrda türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən ibarət olan və ingilislərə arxalanan "Sentrokaspi diktaturası" qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C. Naxçıvanski inamla vuruşmuşdur. Məktəbimizdə də C.Naxçıvanskinin 120 illik yubileyi yüksək səviyyədə keçirilmişdir. "Azərbaycan oğluyam" adlı tədbirdə məktəbin şagirdləri fəal iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi