Bayraq Meydanına ekskursiya
Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkı. Meydanın təntənəli açılışı 2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən keçirilmişdir. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Digər tərəfdən Prezident 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur və bu gün qeyri-rəsmi iş günü hesab edilir.Şagirdlərimiz ənənəvi olaraq bu il də Bayraq meydanına üz tutdular. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayraq meydanının muzeyində qədim Azərbaycanın bayraqları ilə tanış oldular. Muzey ekspanatları Prezidentin, Fövqəlada Hallar Nazirliyinin, Daxili İşlər Nazirliyinin, İslamiyyətin və başqa qurumların bayraqları ilə tanış oldular.