Şagirdlərin payız tətili günlərində

Artıq neçə gündür ki, məktəblilərin payız tətili günləri davam edir. Uşaqların daxili rahatlığı, ruhi sakitliyinin bərpası, stres və depressiyadan, müxtəlif pis vərdişlərdən qorunması baxımından tətil və istirahət valideyn ,şagird və müəllimlər üçün böyük fürsət, yaxşı imkandır. Belə günlərdə şagirdlərin asudə vaxtının məktəb tərəfindən düzgün təşkili mühüm və vacib məsələlərdən biridir. Bakı şəhəri 27 N-li tam orta məktəb öz ənənəsinə sadiq qalaraq payız tətili günlərində yuxarıda qeyd ediləni prioritet istiqamət kimi götürərək bu günlərdə məktəblilərlə paytaxtımızın bir çox tarixi və görməli yer və muzeylərinə ekskursiyalar,həmçinin Azərbaycan Dövlət Dram və Gənc Tamaşaçılar Teatrında tamaşalara kütləvi baxışlar təşkil etdi. Azərbaycan tarixi muzeyinə təşkil olunan ekskursiya zamanı şagirdlərimiz Azərbaycan xalqının qədim dövrdən bu günədək tarixini əks etdirən etnoqrafik və arxeoloji eksponatlarla, mədəniyyət abidələri, orta əsr Azərbaycan qadınlarına məxsus zinət əşyaları və geyim formaları ilə yaxından tanış oldular. Azərbaycan ərazisində mövcud olmuş dövlətlərə aid maddi və mədəniyyət nümunələri isə ölkəmizin qədim dövlətçilik ənənələrindən xəbər verirdi. Azərbaycan tarixinin bütün mərhələlərini əks etdirən eksponatlar şagirdlərimizdə tarix elmi haqqında biliklərin daha da möhkəmlənməsinə səbəb oldu. Azərbaycan Dövlət Dram teatrında Görkəmli Azərbaycan dramaturqu Cəlil Məmmqulizadənin “Anamın kitabı “əsəri əsasında səhnələşdirilmış tamaşa isə məktəblilərdə xoş təssürat oyadaraq onlara milli-mənəvi dəyələrə hörmət kimi hissləri aşıladı. Sözsüz ki, belə tamaşalara kütləvi baxışlar şagirdlərdə həmşinin mütaliəyəyə də böyük həvəs oyadır. Tətil günlərinin belə müsbət hisslərə əhval-ruhiyyə ilə müşaiyət olunması dərs ilində şagirdlərin uğurları, təhsilə olan maraqlarını da artırmış olacaq. Çünki onlar tətil və yaxşı istirahət sayəsində daxili komfort hissi əldə edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi