"Bəxtiyar Vahabzadə 90"

Azərbaycan ədəbiyyatında elə simalar var ki, onların yaradıcılığı fəaliyyəti birbaşa xalqın,dövlətin, milli mədəniyyətin inkişafına yönəlib. Bu yaradıcı şəxsiyyətlərin fəaliyyətində ,yaratdığı ədəbiyyatda xalqı ,dövləti müstəqillik vüsalına qovuşdurmaq üçün uzunillik cəhdlər var.Azərbaycan poeziyasının ,dramaturgiyasının ,elminin görkəmli nümayəndələrindən biri xalq şairi Bəxtiyar Vahabzadədir.Ədəbi yaradıcılığını Azərbaycan dövlətçiliyinin qurulmasına ,İnkişafına ,tərəqqisinə həsr edən B.Vahabzadə ədəbiyyatımızda ,ictimai fikrimizdə ,elmimizdə elə bir zirvə fəth edib ki, o yer əlçatmazdır.27 saylı məktəbdə Könül Əsədovanın rəhbərliyi ilə B.Vahabzadənin 90 illiyinə həsr olunmuş ədəbi bədii gecə keçirildi.Gecədə şairin əsərləri səhnələşdirildi.Şeirlərinə bəstələnmiş mahnılar səsləndirildi.Tədbirdə məktəbimizin müəllim ,şagird heyəti ilə yanaşı məktəbin rəhbərliyi də iştirak edirdi.Məktəbin direktoru Cəmilə Ramazanova öz nitqində bildirdi:”Azərbaycan fəlsəfəsini ,dilini,poeziyasını dünyaya çatdırmaq üçün söz daşıyıcısı B.Vahabzadənin yaradıcılığını öyrənmək zəruridir.Azərbaycançılıq fəlsəfəsi mövcud olduğu təqdirdə bu fəlsəfənin tərkib hissəsinə çevrilən dahi Bəxtiyar Vahabzadənin yaradıcılığı da daim yaşayacaq”
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi