"18 Oktyabr Müstəqillik günü"nə həsr olunmuş tədbir

Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir. XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Bu tarixi günlə bağlı Bakı şəhəri 27 N-li tam orta məktəbdə tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirildi. 16 oktyabr- bayram günü öncəsi məktəbdə ilk dərslər “Mənim Vətənim” mövzusuna həsr olundu. Bu dərslərdə uşaqlar XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində yəni 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi haqda geniş məlumatlar aldılar və müxtəlif təqdimatlar edib mövzu ətrafında fikir yürütdülər. Həmin gün məktəbin foyesini şagirdlərin tərtib etdikləri rəngarəng divar qəzetləri, balacaların çəkdikləri rəsmlər bəzədi. Şagirdlərin “Mən Azərbaycanı sevirəm! esse yazıları, "Azərbaycan dünən və bu gün" başlığı altinda tərtib etdikləri kollajlar və posterlər xüsusi güşədə yerləşdirildi. Gün “ Yaşa müstəqil Azərbaycan!” tədbiri ilə başa şatdı. Tədbirdə şagirdlərin ifasında doğma vətənimizi tərənnüm edən şer və mahnılar səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi