“Kitabsevərlər klubu” və “Nitq mədəniyyəti klubu” dərnəklərinin üzvlərinin birgə hazirladiqları tədbir

Əsrlərdən bəri yaranıb inkişaf edərək bəşəriyyətin söz sənəti xəzinəsinə incilər bəxş etmiş Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatının humanizm ruhlu seçmə nümunələri, onları mütaliə edən hər bir şəxs üçün əsl həyat məktəbidir. Bildiyimiz kimi şagirdlərdə mütaliə vərdişlərinin aşılanmasında təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliə həvəsini daha da gücləndirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir.Cari tədris ilində Bakı şəhəri 5 N-li tam orta məktəb şagirdlərdə bu mədəniyyətin formalaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhərinin bir çox məktəblərində uğurla sınaqdan keşmiş, dünya təhsil sistemində tətbiq olunan "Free library", yəni ”Azad kitabxana" layihəsini həyata keçirməyə başlayıb. Məktəbdə uğurla həyata keçirilən bu layihədə uşaqlar böyük aktivlik nümayiş etdirərək "Kitab qoy, kitab götür" (Take a book, leave a book) prinsipinə əsaslanıb sinif otaqlarında yaradılan "Azad kitabxana"ya bütün növ ədəbiyyatlar, dərs vəsaitləri, jurnal və qəzetləri böyük həvəslə yerləşdirirlər.Sözsüz ki, bu kitabxanadan yararlanan şagirdlər öz aralarında kitab mübadiləsi aparır,bir çox ədəbiyyat inciləri ilə tanış olurlar ki, bu da onlarda ”Oxu” mədəniyyəti, nitq qabiliyyətinin inkişaf etdirilməsinə böyük köməklik göstərir. Qeyd etmək lazımdır ki, belə bir mötəbər işdə onlara məktəbin kitabxanaçıları Kəmalə Məmmədova, Nargilə Tağıyeva ,valideynlər və sinif müəllimləri böyük həvəslə kömək edirlər. Gələcəkdə məktəbdə bu kitabxanaların dizayn baxımından yeniləşdirilməsi və” Uşaq dünyasının ” rəng çalarlarına uyğun təkmilləşdirilməsi də nəzərdə tutultur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi