“Hüquqlarımızı tanıyaq və qoruyaq!”

Oktyabr ayının 20-dən noyabr ayının 20-ə kimi “Ümumdünya Uşaq Hüquqları günü“nə həsr olunmuş “Hüquqlarımızı tanıyaq və qoruyaq!” başlığı altında müxtəlif tədbirlər təşkil olunmuşdur. Mövzu ilə əlaqədar şagirdlərdən –6-ci sinif şagirdi Nərminə Məhərrəmova, 10-cu sinif şagirdi Esmiralda Cəlilova, Aydan Məmmədova,9-cu sinif şagirdi Aysel Çukanova inşa yazı ilə əlaqədar müsabiqəyə qoşulmuşlar. 11.11.2015-ci il tarixində “Uşaqlar hüquq və vəzifələrini bilməlidir!” adlı dəyirmi masa kitabxanada keçirilmişdir.Şagirdlər “Uşaq hüquqları Konvensiyası”ndan danışmış,bəzi maddələrini müzakirə etmişlər. Bu konvensiyanın beynəlxalq əhəmiyyətindən kitabxana müdiri Qönçə Ocaqverdiyeva ətraflı danışmışdır.O bildirmişdir ki, Konvensiyanın bir çox maddələri dövlətin konstitusiyasına uyğundur. Tədbirdə 12 Noyabr Konstitusiya gününün 20 illiyi ilə əlaqədar söhbət aparılmışdır. Esmiralda Cəlilova (inşa ) və Aydan Məmmədova(rəsm) məktəbdaxili müsabiqənin qalibi olmuşlar. Mövzunu daha geniş izah etmək üçün rəsm sərgisi də nümayiş etdirilmişdir. Mövzuya əlavə “İnsan Hüquqlarının Deklarasiyası“da müəllim Aygün Əzizova tərəfindən izah edilmişdir.O, insan alverindən və bunun gənclər arasında baş verən fəsadlarından danışmışdır.Şagirdlər mövzu ilə bağlı metodik vəsaitlərdən istifadə etmişlər. Şagirdlər tərəfindən hazırlanmış tərtibatlı referat yazılar qənaətbəxş hesab edilmişdir.Bu mövzu hər il məktəbdə keçirilir və maarif- ləndirici xüsusiyyət daşıyır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi