Yaddan çıxmaz Qarabağ
25 dekabr 2017-ci il tarixində 27 №li tam orta məktəbdə VII "b" sinfinin rəhbəri, eyni zamanda həmin sinifdə Ana dilini tədris edən Rəşidova Dilavərin dərsi fəal təlim metodları vasitəsilə maraqlı və zəngin keçirilməsi ilə yadda qaldı. Dərsin mövzusuna uyğun olaraq " Qarabağda məhv edilmiş abidələr"adı ilə sinif maraqlı dərsin iştirakçısı oldu. Mövzu "Gülüstan"müqaviləsi barəsində idi. Dərsdə fəal təlim üsullarından istifadə olundu.Şagirdlər qruplara ayrılaraq Venn diaqramı, klaster üsulları ilə Qarabağ haqda məlumatlar təqdim etdilər. Eyni zamanda, müəllim şəxsi təcrübəsindən istifadə edərək krossvord hazırlayaraq qruplara təqdim etdi. Eləcə də Qarabağda məhv edilmiş abidələr barədə videoslayd izlənildi.Qruplar öz təqdimatlarını təqdim etdikdən sonra qiymətləndirildilər. Mövzunun əsas məqsədi Doğma Qarabağ torpaqlarının hələ də düşmən tapdağı altında olması ilə bağlı fikirlərini qeyd etməklə şagirdlərin dinləmə-danışıq bacarqlarını inkişaf etdirmək, qədim adət-ənənələri yada salmaq, vətənpərvərlik kimi müsbət, xeyirxah keyfiyyətləri aşılmaqdan ibarət idi.