Pedaqoji şura keçirildi

         27 №li tam orta məktəbdə 15 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi  dekabr təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinin 3.6-cı bəndinə əsasən hazırlanmış ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunan Pedaqoji şura keçirildi. Pedaqoji şuranın gündəlik bir neçə məsələləri vardı. İlk üç ay ərzində məktəbin pedaqoji fəaliyyətində, həmçinin məktəbdaxili və məktəbdən kənar tədbirləri barədə, sonra isə "Təhsildə keyfiyyət ili" ilə bağlı 9-cu siniflərdə Təhsil Nazirliyi tərəfindən aparılan monitorinq nəticələrindən, həmçinin rayon və ümumi məktəblər üzrə göstərilən nəticələr barədə məsələlər qoyulmuşdu.Bundan əlavə cari məsələ kimi, məktəbdə 60 yaşı tamam olan yubilyarlar ATİAHİ Xətai rayon Komitəsi və məktəb müdiriyyəti tərəfindən fəxri fərmanla təltif olundular.Pedaqoji şurada məktəbin direktoru, təlim/tərbiyə işləri üzrə direktor müavinləri, həmçinin ana dili və riyaziyyat fənləri üzrə metodbirləşmə rəhbərləri olan müəllimlər müxtəlif məsələlərlə bağlı çıxışlar etdilər. Öz fikir və mülahizələrini iclas iştirakçıları ilə paylaşdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi