Ulu öndər yad edildi
12 dekabr 2017-cı il tarixdə 27№li tam orta məktəbdə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş silsiləli şəkildə anım tədbirləri keçirildi.Siniflərdə ilk dərs saatında Ümummilli lider Heydər Əliyev şəxsiyyəti ehtiramla yad edilərək, həyat və yaradıcılığından söhbət açıldı. Tənəffüs saatlarında da məktəbin radio dalğalarında şagirdlərimizin ifasında azərbaycan,rus,ingilis dillərində çıxışlar,dahi şəxsiyyətə həsr olunmuş şeirlər, ulu öndərin sevdiyi mahnılar,musiqilər səsləndirildi.Məktəbin foyesində dahi şəxsiyyət haqda dərc olunmuş kitablarla sərgi və fləşmob həyata keçirildi.Günün sonunda tarix müəllimləri Təranə Zeynalova və İslam Vəliyevin rəhbərliyi və təşkilatçılığı ilə keçirilən konfransda məktəbin direktoru Cəmilə Ramazanova da çıxış edərək ulu öndərin təhsilə,gələcəyimiz olan uşaqlara qayğısından,müəllimlərə verdiyi dəyər və ehtiramdan söz açdı.Daha sonra şagirdlər fəxri xiyabana gedərək,ümummilli liderin məzarını ziyarət etdilər.