Uşaqların hüquqlarını qoruyaq
Hər bir uşaq doğulduğu andan şəxsiyyət hesab olunur.Uşağa qayğı ilə yanaşmaq,onu hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi yetişdirmək ,formalaşdırmaq hər bir təhsil müəssisəsinin borcudur. Uşaq hüquqlarının qorunması və uşaqların öz hüquqlarını öyrənməsi məqsədilə “Uşaq hüquqları aylığı” çərçivəsində hər il məktəbimizdə rəngarəng tədbirlər keçirilir.Mütəmadi olaraq Ombudsman aparatının əməkdaşlarını məktəbimizə şagirdlərlə görüşə dəvət edirik.Onlar şagirdlərlə maraqlı seminarlar keçirir,insan hüquq və azadlıqları ilə bağlı müzakirələr aparır,sonda fərqlənən şagirdlərə sertifikatlar təqdim edirlər. Elə bu günlərdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təhsil üzrə eksperti professor Fuad Məmmədov ilə də şagirdlərin maraqlı görüşü baş tutdu.Şagirdlərin,xüsusən çeçen və əfqan şagirdlərinin təlim mühiti,dərsə davamiyyəti,sosial vəziyyəti və məktəb kollektivinin onlara göstərdiyi qayğı ilə tanış oldu.Bu görüş həm şagirdlərin,həm də Fuad müəllimin ürəyincə oldu.