Məktəbi yaşıllığa çevirək
Məktəbimizin ətrafı başdan-başa yaşıllıqlara bürünüb.Məktəbyanı sahədə hündürboylu ağac və alçaqboylu kollar məktəbə xüsusi gözəllik verir, insanın zövqünü oxşayır. Məktəbin şagirdləri bitkilərə həvəslə qulluq edir , təcrübələr aparır , öyrəndikləri elmi bilikləri müşahidələr aparmaqla, praktik işləri yerinə yetirməklə dərindən öyrənirlər. Payızın gəlməsi , bitkilərdə vegetasiya dövrünün yenidən başlaması ilə əlaqədar olaraq şagirdlər yeni ağaclar əkir , onların biologiyasını öyrənirlər. Məktəbyanı sahədəki yaşıllıqlarla yanaşı şagirdlər biologiya kabineti ,sinif otaqları və foye üçün müxtəlif gül sortları əkmiş və yaşıllaşdırma tədbirində fəal iştirak etmişlər.