Oxumağı vərdişə çevirək
Kitab oxumağın , mütaliə ilə məşğul olmağın insanın dünya görüşünün artmasında , yüksək intellektə malik olmasında ,bədii-estetik zövqünün formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini yaxşı bilirik.Kitab oxumaq,mütaliə etmək düşüncə tərzini, bədii təfəkkürünü formalaşdırır , özünü oxuduğu əsərin müsbət qəhrəmanına oxşatmaq istəyirdi. Beləliklə insanlarda mütaliə mədəniyyəti formalaşır. İKT bizim artıq bir həyat tərzimizə çevrilib. Bu danılmaz faktdır.Ölkənin inkişafı və çiçəklənməsi məhz ilk növbədə onun oxumuş və inkişaf etmiş erudisiyalı əhalisindən asılıdır. Məsələnin aktuallığını nəzərə alan Təhsil Nazirliyi öz fəaliyyətində bunu xüsusi diqqətdə saxlayır.Təhsil Nazirliyinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə 16 dekabr 2014-cu il tarixli əmrindən sonra bu istiqamətdə mühüm addımlar atıldı, bir-birindən maraqlı layihələrin icrasına başlanıldı. Layihə ilə əlaqədar Xətai rayonunun 27 saylı məktəbində də silsilə tədbirlər keçirilir.”Kitab, sandıq – mütaliə onun açarıdır”,” Koridorda açıq kitabxana—Fləşmob” , “ Ədəbiyyat biliciləri” müsabiqəsi və s. Təhsil Nazirliyinin yeni tədris ilindən -- sentyabrın 22-dən reallaşdırdığı , “Oxumağı vərdişə çevirək “ şüarı altında keçirilən növbəti layihəsi isə çox qısa bir zamanda oxucuların diqqətini cəlb etdi. Kitabxanada keçirilən bu tədbirdə şagirdlər oxuduqları kitabları , bədii ədəbiyyatı müzakirə etdilər.Onlar öz şərhlərini , bədii ədəbiyyatla bağlı fikir və mülahizələrini bildirdilər. Təkcə məktəbdə deyil , evdə də valideynlər tərəfindən uşaqda kitaba maraq yaradılmalı , erkən yaşlarından mütaliəyə alışdırmaq mədəniyyəti formalaşdırılmalıdır. Düzgün fikirləşmək üçün kitab oxumaq və bunu vərdişə çevirmək lazımdır. Təhsil Nazirliyinin mütaliə ilə bağlı olan bütün layihələri mütaliə mədəniyyətini , kitaba marağı yenidən bizlərə qaytarır.